Stoltenberq açıqlayıb, Rusiya-NATO müharibəsi başlayacaq | Sensasiya yaradan xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
NATO-nun Baş katibi Yens Stoltenberq yeni mərhələnin startı sayılan açıqlama ilə çıxış edib.
Rusiyanın Ukraynada hərbi üstünlüyü ələ alması ilə NATO və ABŞ kölgədən çıxır və açıq oynamağa başlayır.
İndiyə qədər aparılan proksi-müharibə getdikcə daha çox NATO-Rusiya qarşıdurmasına keçir. Nə deyib Stoltenberq? Deyib ki, şəxsən o, Qərb silahlarının Rusiya ərazisində “qanuni məqsədlər üçün” istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarıdır.
Doğrudur, NATO-nun Baş katibi dərhal da vurğulayıb ki, alyans Ukrayna məsələsində Rusiya ilə birbaşa toqquşmadan qaçmağa çalışır və bu, əsas vəzifə olaraq qalır.
Lakin ABŞ Dövlət katibi Entoni Blinkenin ardınca NATO Baş katibinin də identik açıqlaması onu göstərir ki, bu toqquşma qaçılmazdır və planetimiz yeni dünya müharibəsinin astanasındadır. Görünən budur ki, kollektiv Qərb Ukrayna vasitəsilə proksi-müharibəni uduzur. Ona görə də birbaşa, açıq müdaxiləyə hazırlaşır və artıq düyməyə basılıb.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
