Pleyeri seçin:

Su növbəsində öldürüldülər | Qəzzada vəziyyət niyə daha da pisləşir?

03 sentyabr 2025 487 baxış

Qəzza zolağında vəziyyət getdikcə pisləşir.

Humanitar böhranın fonunda, Qəzzanın Səhiyyə Nazirliyi son 24 saat ərzində aclıq və qida çatışmazlığı səbəbindən üçü azyaşlı olmaqla, 13 ölümün qeydə alındığını açıqlayıb.

Beləliklə, aclıqdan ölənlərin ümumi sayı 361 nəfərə çatıb. Onlardan 130 nəfəri azyaşlıdır.

İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda isə azı 73 nəfər fələstinli həyatını itirib. Əlavə olaraq, Qəzzanın cənubundakı əl-Məvasi bölgəsi də atəşə tutulub. Orada 7 nəfər, o cümlədən su üçün növbəyə duran 5 azyaşlı həlak olub.

Bütün bunların fonunda, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari İsrailin HƏMAS-ın Qəzza ilə bağlı son atəşkəs təklifinə hələ cavab vermədiyini açıqlayıb. Qətər rəsmisi Netanyahu hökumətini müharibəni dayandırmaq üçün danışıqlara getməyə çağırıb.

"İsrailin hələlik heç bir cavabı yoxdur" deyən Ənsari vasitəçilər və ABŞ ilə davamlı təmasların olduğunu, lakin bu günə qədər ciddi bir irəliləyişin qeydə alınmadığını söyləyib.

Son olaraq, o, İsrailin Qəzzanı işğal etmək planının regionda olan israilli əsirlər də daxil olmaqla, hər kəs üçün təhlükə yaratdığını vurğulayıb.

Onun sözlərinə görə, Təl-Əviv istəmədiyi halda sülh prosesini gözləməyin mənası yoxdur.

Banner
Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Dünya
09 noyabr 2026 487 baxış
Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Dünya
09 noyabr 2026 487 baxış
Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Dünya
09 noyabr 2026 487 baxış
NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

Dünya
09 noyabr 2026 487 baxış
Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Dünya
09 noyabr 2026 487 baxış
SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

Dünya
09 noyabr 2026 487 baxış
Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Dünya
09 noyabr 2026 487 baxış
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

Dünya
09 noyabr 2026 487 baxış
NATO müttəfiqləri Trampın Rusiya planından xəbərsiz qalıb? - Baku TV CANLI

NATO müttəfiqləri Trampın Rusiya planından xəbərsiz qalıb? - Baku TV CANLI

Dünya
09 noyabr 2026 487 baxış
2060-cı ilə qədər buzlaqlar yox ola bilər

2060-cı ilə qədər buzlaqlar yox ola bilər

Dünya
09 noyabr 2026 487 baxış
Seçilmişlər
icon