Sui-qəsd cəhdi Trampın işinə yaradı | Eks-prezidentdən güldürən paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
Sabiq ABŞ prezidenti Donald Tramp maraqlı paylaşım edib.
Prezidentliyə namizəd sosial şəbəkə hesabında sui-qəsdə məruz qaldığı kampaniyada çəkdirdiyi foto ilə C.Baydenin təyyarənin pilləkənlərindən yıxılmasını əks etdirən görüntünü yanaşı qoyub. Sözügedən paylaşım müzakirələrə səbəb olub.
Qeyd edək ki, hücumdan sonra Donald Trampın reytinq göstəriciləri daha da artıb. Bunun fonunda Cozef Baydenə isə daha çox təzyiq edilib. Hazırkı ölkə prezidentinin “COVİD-19”a yoluxması da insanlarda ona qarşı olan inamın daha da azalmasına səbəb olub. Əgər səhhəti ilə bağlı problemlər yaranarsa, prezidentliyə namizədliyini geri götürəcəyini vurğulayan C/Bayden artıq vaksinasiya olunub. Lakin xəstəliyi səbəbindən o, bütün planlarını təxirə salmaq məcburiyyətində qalıb.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
