Pleyeri seçin:

Süni intellektin yüksəlişi enerji bazarını necə dəyişəcək?

04 sentyabr 2026 202 baxış

Süni intellektə artan tələbat dünya üzrə məlumat mərkəzlərinə yatırımları sürətləndirir. 

Hesablamalara görə, 2026-2050-ci illər ərzində bu sahəyə ümumilikdə 31,6 trilyon dollar investisiya qoyula bilər.

Hesabatda bildirilir ki, bu il məlumat mərkəzlərinə yatırımların həcmi təxminən 800 milyard dollar təşkil edəcək. Göstəricinin 2030-cu ildə illik 1,1 trilyon dollara, 2050-ci ildə isə 1,8 trilyon dollara çatacağı gözlənilir.

Bu nəhəng investisiyaların reallaşmasında əsas amillərdən biri elektrik enerjisi olacaq. Süni intellektin inkişafı mövcud elektrik şəbəkələrinə təzyiqi artırır və məlumat mərkəzlərinin enerji ilə sürətli və etibarlı təminatı getdikcə daha böyük əhəmiyyət daşıyır.

Xüsusilə ötürmə gücü, yarımstansiyalara çıxış və transformatorların təchizat müddətinin yeni layihələrin qarşısında əsas maneələrdən olduğu bildirilir.

Bəzi məlumat mərkəzi operatorları artıq öz elektrik enerjisi istehsal güclərini yaratmağa başlayıb. Lakin hesabatda bunun genişmiqyaslı inkişaf üçün tələb olunan şəbəkə investisiyalarını əvəz edə bilməyəcəyi vurğulanır.

Süni intellekt iş yüklərində istifadə olunan qrafik emal vahidləri və digər sürətləndiricilər ənənəvi sistemlərlə müqayisədə daha çox enerji sərf edir. Serverlər və bu avadanlıqların adətən 4-6 ildən bir yenilənməsi isə investisiya ehtiyacını daha da artırır. 

Kopyalandı
Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 202 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 202 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 202 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 202 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 202 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 202 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 202 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 202 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 202 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 202 baxış
Seçilmişlər
icon