Suriya dövlətinin adı dəyişdirilir? | Hakan Fidandan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şəraa məsuliyyətini anlayır”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində deyib.
O bildirib ki, Suriya ilə bağlı rəsmi Ankaranın iki əsas məsələsi var:
“Bunlardan birincisi suriyalı qardaşlarımızın vəziyyətidir. İkincisi isə PKK-nın varlığına son qoyulmasıdır. Suriyaya səfərim zamanı bu məsələləri müzakirə etdik. Əhməd əl-Şəraa rasional siyasətçidir. Ona ümidim var”.
Hakan Fidan qeyd edib ki, Suriya dövlətinin adı bundan sonra da Suriya Ərəb Respublikası olaraq qalacaq. Nazirin sözlərinə görə, Suriya üçün bir nömrəli prioritet vəzifə ən qısa zamanda həm xalqa xidmət edəcək, həm də beynəlxalq əlaqələri quracaq hökumətin yaradılmasıdır.
“Əsas məsələlərdən biri də ölkənin bərpasıdır. Ciddi addımların atılmasına ehtiyac var”, – deyə Hakan Fidan əlavə edib.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
