Pleyeri seçin:

Suriya xalqı bunlar olmadan yaşaya bilməz | Baş nazirdən sensasiyalı açıqlama

11 dekabr 2024 243 baxış

Suriya keçid hökumətinin Baş naziri Məhəmməd əl-Bəşir qarşıya qoyduqları hədəfləri açıqlayıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

“Birincisi, Suriyanın bütün şəhərlərində təhlükəsizliyin və sabitliyin bərqərar olunmasıdır. İnsanlar haqsızlıqdan, zülmdən tükənib. Hakimiyyət yenidən qurulmalıdır ki, insanlar öz işlərinə və normal həyata qayıda bilsinlər.

İkincisi, xaricə gedən milyonlarla suriyalını geri qaytarmaqdır. Onların insan kapitalı və təcrübəsi ölkənin inkişafını təmin edəcək. Xaricdəki bütün suriyalılara çağırış edirəm: Suriya indi öz qürurunu və şərəfini qazanmış azad bir ölkədir. Geri qayıdın. Biz yenidən qurulmalıyıq, yenidən doğulmalıyıq və hər kəsin köməyinə ehtiyacımız var”, – Baş nazir deyib.

Üçüncü hədəflərinin strateji planlaşdırma olduğunu bildirən Məhəmməd əl-Bəşir suriyalıların elektrik, çörək və su kimi əsas xidmətlər olmadan yaşaya bilməyəcəklərini vurğulayıb:

“Biz keçid hökumətiyik, lakin bu mövzuda işə başlamalıyıq. Hələb, Həma və Dəməşqə girdiyimizdə suriyalılar ikiqat qaranlıqda yaşayırdı: rejimin qaranlığı və elektrik verilişinin fasiləsi zamanı yaranmış qaranlıq. Bu, tamamilə qəbuledilməzdir”.

Baş nazir eyni zamanda vurğulayıb ki, Suriyanın iqtisadi vəziyyəti çox ağırdır:

“Dövlət büdcəsində sadəcə dəyəri olmayan Suriya lirəsi var. Xarici valyutamız yoxdur, kreditlərə və istiqrazlara gəlincə isə biz hələ də məlumat toplayırıq. Yəni maddi cəhətdən çox pisik. Borc, çətinliklər çox böyükdür, lakin bizim uğur qazandığımız İdlib təcrübəmiz var. Suriyanı inkişaf etdirə bilərik. Bu, vaxt aparacaq, amma buna nail olacağıq”.

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 243 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 243 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 243 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 243 baxış
Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 243 baxış
Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 243 baxış
ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

Dünya
21 sentyabr 2026 243 baxış
Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Dünya
21 sentyabr 2026 243 baxış
Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Dünya
21 sentyabr 2026 243 baxış
Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Dünya
21 sentyabr 2026 243 baxış
Seçilmişlər
icon