Suriyada ələvilər ayağa qalxdı | Artıq kürdlər də hücuma keçib və..
Yeniliklərdən dərhal xəbərdar olun
“Latakiyada yeni HTŞ hakimiyyətinə qarşı ələvilərin üsyanı başlayıb. İsrail görünür ki, bu üsyanı dəstəkləyir və Latakiyanı öz təsir dairəsinə daxil etmək istəyir, necə ki, artıq druzların yaşadığı bölgələri nəzarət altına alıb. Druzlar artıq yeni hakimiyyətə tabe olmurlar. Üsyanın səbəbi HTŞ-nin regional qruplarının ələvilərə qarşı apardığı repressiyalardır”.
Bu sözləri rusiyalı politoloq Sergey Markov yazıb.
O, üsyanın Rusiya hərbi bazası olan bölgəyə yaxın olduğuna diqqət çəkib və nəticələri haqqında nikbin olmadığını bildirib:
“Üsyanın yatırılacağını proqnozlaşdırmaq olar. Repressiyalar da səngiyəcək. Orada hələ də Rusiya bazaları var və çox güman ki, hazırda ələvilər rus əsgərlərindən xahiş edirlər ki, bir növ onlara dəstək olsunlar. Buna görə də orada Rusiya hərbi bazalarının taleyi həll olunur.
Ələvilərə yazıqdır, amma əgər onlara kömək edilsə və onlar məğlub olsa, o zaman Suriya hakimiyyəti Rusiyanı hərbi bazalardan məhrum edəcək.
Bundan əlavə, üsyan barədə xəbər tutan kürdlər Suriya hökumət qoşunlarına qarşı hücuma keçiblər”.
#Suriya teqi istifadə olunub
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
- Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
