Suriyada silahlı insident | XİN-dən hadisə ilə bağlı təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Suriya ordusu ilə Bəşər Əsəd tərəfdarı olan silahlılar arasında gərginlik artıb. Suriya ordusunun bölmələri ölkənin Latakiya və Tartus şəhərlərinə daxil olub.
Toqquşmalar nəticəsində 70-dən çox insan ölüb, onlarla şəxs yaralanıb və bir neçə şəxs əsir düşüb.
Xarici medianın məlumatına görə, insident Əsədə bağlı qruplaşmaların Latakiyada Suriya təhlükəsizlik qüvvələrinin əməkdaşlarını, o cümlədən maşınlarını hədəf almasından sonra baş verib.
Məsələyə reaksiya verən Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Suriyada təhlükəsizlik qüvvələrinə hücum edən qeyri-qanuni silahlı qrupların törətdiyi cinayətləri pisləyib.
“Krallıq Suriya hökumətinə təhlükəsizlik və sabitliyin qorunması istiqamətində göstərdiyi səylərdə dəstəyini təsdiqləyir”, – deyə məlumatda vurğulanır.
Xatırladaq ki, daha əvvəl Latakiya əyalətinin müxtəlif yerlərində Suriya təhlükəsizlik qüvvələri ilə sabiq ölkə başçısı Bəşər Əsədin tərəfdarları arasında toqquşma olub. Vaxtilə keçmiş liderin ailəsi ilə birgə məskunlaşdığı Cebla şəhərində də vəziyyət gərginləşib.
#Suriya teqi istifadə olunub
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
- Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
