Pleyeri seçin:

Suriyada vətəndaş müharibəsi başa çatdı | Bəşər Əsəd devrildi

09 dekabr 2024 340 baxış

Suriyada 13 ildir davam edən qanlı vətəndaş müharibəsi ilə iqtidarı əlində saxlamağa çalışan Bəşər Əsədin hakimiyyəti sona çatdı.

Bəs görəsən, Suriyanın əliqanlı Prezidenti Bəşər Əsəd kimdir?

Bəşər Əsəd 1965-ci il sentyabrın 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və “Baas” partiyasının keçmiş sədri Hafiz Əsəddir.

Dəməşqdəki fransız-ərəb təmayüllü “əl-Hürriyyə” liseyində orta təhsilini bitirən Əsəd daha sonra Dəməşq Universitetinin Oftalmologiya fakültəsinə daxil olur. 1992-ci ildə o, oftalmologiya üzrə təcrübə keçmək və təhsilini davam etdirmək üçün İngiltərənin paytaxtı Londona gedib və burada Qərb Göz Hospitalında təcrübə keçib.

1994-cü ildə atası Hafiz Əsəddən sonra prezidentlik postuna varis hesab edilən böyük qardaşı Basil Əsədin avtomobil qəzasında həyatını itirməsinin ardınca Əsəd Suriyaya çağırılıb.

Ölkəsinə geri qayıdan Əsəd həmin il Homs Hərbi Akademiyasına qəbul edilib.

1999-cu ildə isə o, artıq polkovnik rütbəsi almış hərbçi idi və diplomatik vəzifə tuturdu. 2000-ci ildə isə hakim “Baas” partiyasının sədri vəzifəsinə seçilib. Elə həmin ildə Hafiz Əsədin vəfat etməsindən sonra prezident səlahiyyətlərini müvəqqəti olaraq Əbdülhəlim Xəddam icra edib.

Hafiz Əsədin ölümündən sonra təcili toplanan parlamentin prezident seçiləcək şəxsə qoyulan 40 yaş məhdudiyyətini 34 yaş ilə dəyişməsindən sonra Bəşər Əsəd rəqibsiz keçirilən seçkilərdə 97% səslə ölkənin yeni prezidenti seçilib. 2006-cı il iyunun 11-də isə o, Suriya Silahlı Qüvvələrinin ali baş komandanı vəzifəsini icra etməyə başlayıb. Daxili siyasətdə müəyyən “yumşaqlığı” ilə atasından fərqlənib. 2000-ci ildə İngiltərənin paytaxtı Londonda tanış olduğu Əsma Əsədlə evlənib. Cütlüyün 3 övladı var.

2007-ci il mayın 27-də Bəşər Əsəd növbəti 7 il müddətində Suriyanın prezidenti seçilib. Başqa namizədlərin iştirak etmədiyi seçkilərdə o, səslərin 97,6%-ni toplayıb. 2008-ci ildə Bəşər Əsəd Suriyanın vasitəçiliyi ilə Colan təpələrinə dair İsraillə müzakirələrin aparılmasına razılıq verib. 2011-ci ildə özünü anti-İsrail və anti-Qərb siyasətçi kimi xarakterizə edən Əsəd bu siyasətinə görə Qərbin onu devirmək cəhdlərindən çəkinmədiyini bəyan edib. Elə həmin ildən Suriyada 13 ildən çox davam edən vətəndaş müharibəsi başlayıb.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 340 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 340 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 340 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 340 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 340 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 340 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 340 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 340 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 340 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 340 baxış
Seçilmişlər
icon