Pleyeri seçin:
Suriyadakı ABŞ bazasına hücum edildi | Yaralılar var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Suriyadakı hərbi bazasına hücum olub. Hadisə Deyr-əz-Zor əyalətində baş verib.
Belə ki, Koniko qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına hücum edilib, lakin mərmilər obyektin özünə dəyməyib.
Bu barədə “Reuters” agentliyinə iki amerikalı məmur məlumat verib. İlkin məlumatlara görə, hücum nəticəsində 8 nəfər yaralanıb.
Qeyd edək ki, daha əvvəl “Reuters”in təhlükəsizlik mənbəsi Deyr-əz-Zor əyalətindəki ABŞ hərbi bazası yaxınlığında 6 mərmi atıldığını və onların hamısının obyektin bilavasitə yaxınlığına düşdüyünü bildirib. ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hücuma artilleriya atəşi ilə cavab verdiyi qeyd edilir.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
