Suriyaya ona görə girmişdik ki... | Putindən Suriyada baş verənlərlə bağlı vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Siz Suriyada baş verən hər şeyi Rusiyanın məğlubiyyəti kimi təqdim etmək istəyirsiniz, sizi inandırım ki, bu belə deyil”.
Bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Suriyada məqsədlərinə nail olublar.
“10 il əvvəl Suriyaya terror anklavı yaranmasın deyə girmişdik. İslam xilafətinin yaradılmasına imkan vermədik. Suriyada hakimiyyətə gələnlər terrorçular olmayıb. O ölkədə vəziyyətə nəzarət edən bütün silahlı birləşmələrlə təmasdayıq, ölkədə sülhün bərqərar olacağına ümid edirik.
İllər öncə bizim Suriyada Quru Qoşunlarımız olmayıb, iki bazamız olub. Quruda vuruşan komponentlər Suriyanın və hər kəsin bildiyi kimi İranyönümlü hərbi birləşmələrdən ibarət idi. Biz oradan xüsusi əməliyyat keçirmək istəyənləri çıxartdıq. Orada nə baş verirdi? Silahlılar Hələbə yaxınlaşanda oranı 30 min əsgər mühafizə edirdi. Şəhərə 350 min yaraqlı daxil oldu. O zaman 30 min hökumət əsgəri və İranyönümlü birləşmələr döyüşsüz geri çəkildi”, – deyə Rusiya Prezidenti bildirib.
#Suriya teqi istifadə olunub
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
- Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
