Pleyeri seçin:

Sürücülüq vəsiqəsini qeyri-adi yolla alıb maşınları əzik sürürlər | Qaydaları olmayan Qahirə

11 mart 2024 510 baxış

Baku TV-də Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə piramidaları, Sfinksi, mumiyaları – nağıl kimi keçmişi ilə hələ də hər kəsi maraqda saxlayan Misirdən bəhs olunub.

Qədim fironlar ölkəsinin paytaxtı Qahirə özünəməxsus həyat tərzi, bahalı mülkləri və natəmiz küçələri ilə də yadda qalır. Bura səs-küylü və xaotikdir.

Qahirədə işləmək və yaşamaq elə də asan deyil. Burda dövlət qulluqçuları elə də çox qazanmırlar, amma bir çox imtiyazları var.

Məsələn, onlar övladlarını dövlət uşaq bağçasına yazdıra bilərlər, çünki digər bağçalar pulludur. Özəl bağçalara isə övladınızı 3 aylığından verə bilərsiniz. Əlbəttə ki, pulunuz varsa. Özəl bağçalarda ödəniş 19-190 dollar arası dəyişir. Bu bizim pulla 32-323 manat edir. Qiymətlər verilən təhsilə, həmçinin bağçanın şəhərin hansi istiqamətində yerləşməsinə görə dəyişir.

Misirdə diqqət çəkən və təəccübləndirən amillərdən biri də yollar və avtobillərin hərəkətidir. Burada yol nişanları yoxdur. Hərəkət xaotikdir. Kim necə istəyirsə, avtomobilini elə də idarə edir. Qahirədə yolda dönən zaman nə yan işıqları yandıraraq xəbərdarlıq edən görə bilərsiniz, nə də qəza işıqlarından istifadə edən. Bircə siqnaldan istifadə edirlər.

Maraqlı məqamlardan biri də odur ki, evlənərkən kişilər qadınlara müəyyən miqdar qızıl hədiyyə etməlidirlər. Bu, 500 qram da ola bilər, 5 kiloqram da. Hər şey valideynlərlə danışıqdan asılıdır. Evin alınması, döşənməsi və sair hamısı kişinin işidir. Qadın isə ancaq mətbəx əşyaları və qab-qacaq gətirir.

Ailələr də müxtəlifdir. Həyat yoldaşının işləməsinə icazə verənlər də var, qadının yeri mətbəxdir deyənlər də. Belə qadınlar ancaq evə yaxın olan mağazaya gedə bilərlər. Üzlərini isə heç kim görməməlidir.

İslam ölkəsi olmasına baxmayaraq, Misirdə diqqət çəkən məqamlardan biri də küçələrdə tullantının çox olmasıdır. Səbəb isə budur ki, heç kəs tullantının daşınması üçün pul ödəmir. Qahirədə zibil yığanlar şəhərciyi deyilən yer də var.

Buranın sakinləri şəhərdə olan tullantıları bu şəhərciyə daşıyırlar. Daha sonra isə onları çeşidləyirlər. Bu işlə bütün ailə məşğul olur. Nəsə tapanda satırlar, qalanını isə emal olunması üçün təhvil verirlər. Bu onların yaşayış tərzidir, çörəklərini belə qazanırlar.

Misirdə dünyasını dəyişən yaxınını elə həyətdə basdırmaq kimi bir adət var. Bir çox misirlilər məhz belə edirlər. 3 metr dərinlikdə çala qazılır və dünyasını dəyişən insanı orada basdırırlar. 3 gündən sonra isə həmin qəbri açıb baxırlar ki, adam həqiqətən ölüb, ya yox. Bu qəribə adəti misirlilər öz doğmalarına həmişə yaxın olma arzusu ilə izah edirlər.

Dünyada su ehtiyatları azalır

Dünyada su ehtiyatları azalır

Dünya
18 sentyabr 2026 510 baxış
Ölən və yaralananlar var

Ölən və yaralananlar var

Dünya
18 sentyabr 2026 510 baxış
BMT su çatışmazlığının artıq qlobal tendensiyaya çevrildiyini bəyan etdi - Baku TV CANLI

BMT su çatışmazlığının artıq qlobal tendensiyaya çevrildiyini bəyan etdi - Baku TV CANLI

Dünya
18 sentyabr 2026 510 baxış
Meloni təxribatların Avropadan daha çox Rusiyaya fayda verdiyini bildirdi - Baku TV CANLI

Meloni təxribatların Avropadan daha çox Rusiyaya fayda verdiyini bildirdi - Baku TV CANLI

Dünya
18 sentyabr 2026 510 baxış
Moskva ilə London arasında gərginlik | Böyük Britaniyanı hansı cavab gözləyir? - Baku TV CANLI

Moskva ilə London arasında gərginlik | Böyük Britaniyanı hansı cavab gözləyir? - Baku TV CANLI

Dünya
18 sentyabr 2026 510 baxış
7000-dən çox insanın yoluxduğu virus minlərlə can aldı | Afrikada vəziyyət kritikdir - Baku TV CANLI

7000-dən çox insanın yoluxduğu virus minlərlə can aldı | Afrikada vəziyyət kritikdir - Baku TV CANLI

Dünya
18 sentyabr 2026 510 baxış
Araquaya çayının dayazlaşması ekosistem və su nəqliyyatı üçün yeni risklər yaradır

Araquaya çayının dayazlaşması ekosistem və su nəqliyyatı üçün yeni risklər yaradır

Dünya
18 sentyabr 2026 510 baxış
Alimlər Merkurinin zamanla soyuduqca büzüldüyünü və ölçüsünün azaldığını bildirirlər

Alimlər Merkurinin zamanla soyuduqca büzüldüyünü və ölçüsünün azaldığını bildirirlər

Dünya
18 sentyabr 2026 510 baxış
Alimlər yaşlanmış hüceyrələrin fəaliyyətini yenidən aktivləşdirməyin yollarını araşdırırlar

Alimlər yaşlanmış hüceyrələrin fəaliyyətini yenidən aktivləşdirməyin yollarını araşdırırlar

Dünya
18 sentyabr 2026 510 baxış
2024-cü ildə baş verən kosmik toqquşmanın Ay səthində yaratdığı 222 metrlik çuxur müəyyən edilib

2024-cü ildə baş verən kosmik toqquşmanın Ay səthində yaratdığı 222 metrlik çuxur müəyyən edilib

Dünya
18 sentyabr 2026 510 baxış
Seçilmişlər
icon