“Taliban”dan ağlasığmaz tələb | BMT-nin əməkdaşları müsəlman olmasalar da...
Yeniliklərdən dərhal xəbərdar olun
“Taliban” BMT-nin Əfqanıstandakı əməkdaşlarından saqqal saxlamağı tələb edib.
Bu barədə xarici mediada məlumat yayılıb.
Bildirilib ki, Əxlaq və Fəzilət Nazirliyinin nümayəndələri saqqal saxlamayan şəxslərin həbs olunacaqları barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, bu, “Taliban”ın BMT nümayəndələrinə qarşı ilk qadağası deyil.
Belə ki, 2023-cü ilin aprelində sözügedən qurumda qadın əməkdaşların fəaliyyət göstərməsinin də əxlaqsızlıq olduğu bildirilib. Hətta burada çalışan qadınların işdən azad olunaraq ölkələrinə geri dönmələrini dəstəkləyən qanun layihəsi də imzalanıb.
Məsələnin ən maraqlı tərəfi isə budur ki, BMT-nin Əfqanıstan üzrə bürosunda çalışan əməkdaşların 95 faizi müsəlman deyil və onların dini inanclarına görə saqqal saxlamaq kimi bir öhdəlikləri yoxdur. BMT-dən isə hələ ki mövcud tələblərə dair heç bir münasibət bildirilməyib.
#Əfqanıstan teqi istifadə olunub
- 20 nəfər ölüb, 100-dən çox insan itkin düşüb
- 100-dən çox insan itkin düşdü, azı 20 nəfər öldü | Əfqanıstanda fəlakət - Baku TV CANLI
- Ölkə “dünyanın ən çox laqeyd yanaşılan böhranları” siyahısına daxil edilib
- Pakistanın şimal-qərbində genişmiqyaslı antiterror əməliyyatı keçirildi - Baku TV CANLI
- Pakistanın zərbələri nəticəsində 400-dən çox şəxs ölüb
