Tarixi partnyorluq: Ukrayna və ABŞ birgə PUA istehsalına başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna yüzminlərlə dron istehsalı üçün ABŞ-nin “Swift Beat” şirkəti ilə müqavilə imzalayıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, təkcə bu il yüzminlərlə pilotsuz uçuş aparatı istehsal etmək planlaşdırılır.
“Əsas diqqət müxtəlif növ dronların istehsalına yönəlib. Bu il və gələn il üçün əsas hədəf budur. 2025-ci il yüzminlərlə pilotsuz uçuş aparatı istehsal etməyi planlaşdırırıq. Gələn il istehsalın əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub. Layihədə bir neçə şirkət iştirak edəcək”, ‒ ukraynalı lider qeyd edib.
Zelenski bildirib ki, xüsusən artıq Ukraynada effektivliyini sübut etmiş və bir neçə şirkət tərəfindən sınaqdan keçirilən müdafiə dronları, yəni “interceptor”ların kütləvi istehsalı nəzərdə tutulub.
Qeyd olunub ki, bu əməkdaşlıq Ukraynanın hava hücumlarına qarşı müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır və pilotsuz sistemlərin yerli istehsalını genişləndirməyə yönəlib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
