Tarixi torpaqlara iddialar, yalnız zərər vura bilər | Paşinyan
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənilər dünyaya Van Krallığının zəng qülləsindən deyil, indiki Ermənistan Respublikasının zəng qülləsindən baxmalıdırlar. Yəni dövlətçilik bugünkü reallıqlar əsasında qurulmalıdır və tarixə, tarixi torpaqlara davamlı iddialar yalnız zərər vura bilər”.
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 11-də parlamentdə çıxışı zamanı belə deyib.
Baş nazir “tarixi” və “real” Ermənistanla bağlı müzakirələrdə müasir Türkiyə ilə sərhəddə yerləşən qədim Xor Virap monastırını xatırladıb.
“Bir vacib suala cavab verməliyik: Biz qəbul edirikmi ki, bizim xristian köklərimizlə ayrılmaz bağlı olan Xor Virapın bir neçə metr və ya kilometriyində Türkiyə yerləşir? Hökumət və siyasi əksəriyyət bunu qəbul edir və hökumət üçün bu tanıma ölkənin təhlükəsizliyini təmin edən mühüm amildir. Strateji seçim də məhz bundan ibarətdir. Xor Virapın o tayında Türkiyə yoxdur deyəndə biz tarixi Ermənistanı seçirik, yox əgər desək ki, bir neçə metrliyimizdə Türkiyə var, onda real Ermənistanı seçirik”, – deyə hökumət başçısı bildirib.
Onun fikrincə, eyni yanaşma Əskipara üçün də keçərlidir.
Erməni baş nazir hesab edir ki, ermənilərin ölkənin suveren ərazilərindən kənara “uzanması” başqalarına onun suveren ərazisini işğal etmək imkanı verir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
