Tayı-bərabəri olmayan bu smartfon necə hazırlandı?
Çinin Hubei əyalətinin İçan şəhərindən olan məktəbli Lan Boven köhnə smartfonların komponentlərindən və 3D printerdən istifadə edərək qatlanan mobil telefon hazırlayıb.
Ənənəvi qatlanan modellərdən fərqli olaraq, Lan Bovenin telefonu içəriyə deyil, çölə doğru qatlana bilir.
Onun sözlərinə görə, bu cür dizayn daha rahatdır. Cihazın korpusu məktəblinin iki min yuana, təxminən 466 manata aldığı 3D printerdə hazırlanıb. Telefonun əsas hissəsi isə ailə üzvlərinə məxsus köhnə smartfonların komponentlərindən yığılıb, bəzi detalları da internetdən sifariş edilib.
Bildirilir ki, gənc ixtiraçının bu prosesi nümayiş etdirdiyi video yerli sosial şəbəkədə beş milyona yaxın baxış və 400 min bəyənmə toplayıb. Hətta məşhur "Vivo" şirkətinin rəhbərliyi onun layihəsini tərifləyib.
#Çin teqi istifadə olunub
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
- Çində əsrlərdir yaşayan qonşuluq mədəniyyəti müasir cəmiyyət üçün örnək sayılır
- 70 mindən çox sərnişin yeniliklərdən yararlanıb
- Fucouda tarixi irs gecə tamaşasına çevrilir
