Tbilisi bunu etsə, İrəvan Qərbdən məhrum olacaq | Politoloqdan şərh
Yeniliklərdən dərhal xəbərdar olun
“Əgər Gürcüstan Qərbdən uzaqlaşmağa başlasa, o zaman Qərb üçün Ermənistanı dəstəkləmək çox çətin olacaq”.
Bu sözləri polşalı politoloq Voyçex Qureçki erməni mediasına açıqlamasında deyib.
O, belə dəyişikliklərin Qərbin Ermənistana çıxışının olmamasına gətirib çıxaracağını bildirib.
V.Qureçkinin sözlərinə görə, hətta indi də Gürcüstan üzərindən bu əlaqəni saxlamaq o qədər də asan deyil:
“Əgər Gürcüstan həqiqətən də xarici siyasət oriyentasiyasını dəyişsə, o zaman Ermənistana dəstək məsələsi daha da mürəkkəbləşəcək. Qərbin Ermənistanı dəstəkləmək arzusu var, lakin texniki cəhətdən bunu etmək çox çətin olacaq”.
Ekspertin fikrincə, Gürcüstanda bu cür dəyişikliklər xüsusilə Qərbdən silah tədarükünə mənfi təsir göstərəcək. Buna baxmayaraq, o, Gürcüstanın Qərb kursundan yayındığını söyləmək üçün tez olduğunu bildirib. Vurğulayıb ki, hər şey oktyabrda keçirilən seçkilərdən sonra aydınlaşacaq.
Qeyd edək ki, ötən ay İrəvan və Paris “Sezar” özüyeriyən artilleriya sistemlərinin tədarükü ilə bağlı müqavilə imzalayıb. Ötən ilin oktyabrında isə üç GM-200 radarının İrəvana satışı haqqında saziş imzalanıb, həmçinin Fransanın “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma əldə edilib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
