Təbii fəlakət ciddi fəsadlara yol açdı | Enerji böhranı yaşanır
Yeniliklərdən dərhal xəbərdar olun
Kubanın şərqində baş verən zəlzələlər elektrik infrastrukturunu zədələyib.
Kuba Milli Enerji Şirkətinin yaydığı məlumata görə, yeraltı təkanların qeydə alındığı Santyaqo-de-Kuba və Qranma əyalətlərində transformatorlara və kabellərə ziyan dəyib.
Nəticədə elektrik enerjisi sisteminin işində fasilələr yaranıb və onun bərpası istiqamətində çətinliklə olsa da, işlər aparılır.
Qeyd edək ki, Kubada 5,9 və 6,8 bal gücündə iki zəlzələ qeydə alınıb. Bununla da Milli Elektroenergetika Şəbəkəsi yenidən sıradan çıxıb. Bir müddət əvvəl isə ölkədə “Antonio Qutieras” İstilik Elektrik Stansiyasında yaranan nasazlıq səbəbindən enerji böhranı yaşanıb. Daha sonra qasırğa və daşqınlar da Kubada elektrik enerjisi verilməsinin tamamilə kəsilməsinə səbəb olub.
#Kuba Respublikası teqi istifadə olunub
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Silahlı qüvvələrə yönəldilən pulun məbləği rekord həddə çatıb
- ABŞ İrandan sonra bu ölkə ilə münaqişəyə başlayacaq? - Baku TV CANLI
- Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib
- Kubanın sabiq lideri bir sıra qətllərdə ittiham edilir
