Vaşinqton Təl-Əvivlə yeni şərtlərlə tərəfdaşlığa keçmək niyyətindədir
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail tədricən ABŞ-nin hərbi yardımından imtina etmək və Vaşinqtonla yeni şərtlərlə tərəfdaşlığa keçmək niyyətindədir.
"The Times of Israel" nəşri xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında bildirilib.
İsrail Baş nazirinin ofisi xatırladıb ki, 1996-cı ildə Benyamin Netanyahu ABŞ-nin 1,2 milyard dollar həcmində iqtisadi yardımından tədricən imtina edəcəyinə söz verib və bu vədinə əməl edib.
İndi 30 il sonra Baş nazir İsrail iqtisadiyyatını ABŞ-nin hərbi yardımından da imtina edə biləcək qədər güclü hesab edir.
Ofisdən vurğulayıblar ki, bu addım yardım modelindən tərəfdaşlığa keçid deməkdir. Orada həmçinin ABŞ dövlət katibi Marko Rubionun yardımın dayandırılması təşəbbüsünün İsrail tərəfindən irəli sürüldüyünü bildirdiyi açıqlamasına da yer verilib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İsrailə hərbi yardımının elə bu il dayandırılacağını bildirmişdi.
#ABŞ teqi istifadə olunub
- Vaşinqton Avropanın gələcək təhlükəsizliyi ilə bağlı razılaşma istəyir
- Vaşinqtonun Rusiyaya yeni şərti: gərginliyin azalması üçün hansı addımlar atılacaq? - Baku TV CANLI
- Vaşinqtondan Moskvaya rəsmi təklif | Yeni sərhədlər necə müəyyən ediləcək? - Baku TV
- Strateji dağların yüzlərlə metr dərinliyində raket bazaları | Tehran nə hazırlayıb - ƏSAS XƏBƏR
- Tehranın şərtlərini “absurd” adlandıran Rubio sərt xəbərdarlıq etdi - Baku TV
