Təcili | Rusiya Ukraynanın bu ərazilərini nəzarətə götürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Kislivka kəndi və Donetskin Novokalinovo qəsəbəsini tam nəzarətə götürüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbər də həmçinin Oçeretino kəndinin də Rusiya qoşunlarının tam nəzarətinə keçdiyi qeyd olunub.
Nazirliyin məlumatında bildirilib ki, qondarma Donetsk Xalq Respublikasının Arxangelskoye və Novqorodskoye qəsəbələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin 24 və 115-ci mexanikləşdirilmiş briqadalarının taktiki mövqeləri tamamilə məhv edilib.
Bu arada Rusiyanın Belqorod şəhəri də atəşə tutulub. Regionun qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, nəticədə biri azyaşlı olmaqla 8 nəfər yaralanıb.
Bildirilib ki, xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb. V.Qladkov əlavə edib ki, üç zərərçəkmişə yerindəcə tibbi yardım göstərilib. O vurğulayıb ki, hava hücumundan sonra bir fərdi evə və 19 çoxmərtəbəli binada 34 mənzilə ziyan dəyib. Bundan başqa, 37 nəqliyyat vasitəsi də zərər görüb.
#Rusiya Silahlı Qüvvələri teqi istifadə olunub
- Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs
- 185 km/s-dən 600 km/s-ə: Rusiyanın “qanadlı ölüm”ü müharibə meydanını necə dəyişir? - HƏRBİ XRONİKA
- Ukrayna Ordusu Luqanskda avtobusa zərbə endirib - Baku TV
- Ölənlərin sayı durmadan artır | Rusiya ballistik raketlər və dronlarla dəhşət saçdı - Baku TV
- Rusiyanın gecə hücumundan sonra Kiyevdə vəziyyət daha da ağırlaşdı - Baku TV
