Pleyeri seçin:

Təhlükəsizlik narahatlığı ABŞ-İsrail münasibətlərini yenidən gündəmə gətirdi - Baku TV

07 iyun 2026 372 baxış

Pentaqon İsrailin Amerika Birləşmiş Ştatlarına qarşı kəşfiyyat fəaliyyətinin güclənməsindən narahatdır.

Bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, son həftələrdə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi İranla müharibədə atılacaq növbəti addımlarla bağlı İsrail və ABŞ arasında artan fikir ayrılıqları fonunda əks-kəşfiyyat təhdidinin yeni qiymətləndirilməsini hazırlayıb. Bununla da İsrail tərəfindən gələn təhdid səviyyəsi kritik kateqoriyaya qaldırılıb.

Mənbələrin iddiasına görə, bu qərar Pentaqonun İsrailin ABŞ Prezidenti Donald Tramp Administrasiyasında Yaxın Şərq münaqişələri ilə bağlı daxili müzakirələr və qərar qəbul etmə prosesi haqqında məlumat əldə etmək üçün yüksəkvəzifəli ABŞ məmurlarını müşahidə etməyə xüsusi səylər göstərdiyi ilə bağlı narahatlıqları ilə əlaqədardır.

Mənbələrdən biri qeyd edib ki, Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin qiymətləndirməsinə 7 səhifəlik sənəd və analitik cədvəl daxildir. Sənəddə ABŞ tərəfinin narahatlığını artıran bir sıra konkret insidentlər sadalanıb.

Vaşinqtondakı İsrail səfirliyi isə bu ittihamları qəti şəkildə rədd edib.

"İsrailin ABŞ-yə qarşı casusluq etdiyini iddia etmək tamamilə yanlışdır. İsrail ABŞ strukturları, xüsusilə də bu ölkənin hökumət nümayəndələri haqqında kəşfiyyat məlumatları toplamır", – deyə səfirlikdən bildirilib.

Kopyalandı
Banner
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 372 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 372 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 372 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 372 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 372 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 372 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 372 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 372 baxış
Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Dünya
07 noyabr 2026 372 baxış
İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

Dünya
07 noyabr 2026 372 baxış
Seçilmişlər
icon