Tehran bunun əvəzini ağır şəkildə alacaq… | Haniyənin ölümünə prezidentlərdən reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
HƏMAS hərbi qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə dünya ölkələrindən müxtəlif reaksiyalar gəlib.
İranın Prezidenti Məsud Pezeşkian onun ölümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. “Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm”, – deyə o yazıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haniyənin öldürülməsini qətiyyətlə pislədiyini açıqlayıb. “Bu sui-qəsd Fələstin davasını, Qəzzanın müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmağa, onları ruhdan salmağa və qorxutmağa yönəlmiş alçaq bir hərəkətdir”, – deyə o, sosial şəbəkə hesabında yazıb.
Qətərin və Rusiyanın Xarici İşlər Nazirlikləri də liderin ölümünü hüznlə qarşılayıblar. Rusiya tərəfi bunun mütləq araşdırılmalı olduğunu vurğulayıb.
#İsmayıl Haniyə teqi istifadə olunub
- Haniyə və Nəsrullahın qanına əli bulaşan ikiüzlü İran mollalarına sərt mesaj | Ağıllı olun
- İsrail telekanalından Haniyənin sui-qəsdi ilə bağlı sensasiyalı məlumat
- Haniyənin ölümünə səssiz qalan İran Nəsrullahın qisasını alacaq? | Pezeşkian üçün kritik qərar
- İran və İsrail müharibə apara bilməz, çünki... | ABŞ ilə gizli razılaşma var?
- İran Prezidentindən İsrailə cavab | Qisas alınacaq
