Tehran İsraili tanımayacağını və ABŞ ilə sülhün olmadığını bildirir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"İranla ABŞ arasında sülh yoxdur".
İranın dövlət televiziyasının məlumatına görə, bunu İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişlə Tehranda baş tutan görüşdə deyib.
Qalibaf qeyd edib ki, İran İsraili rəsmən tanımayacaq.
O, müqavimət cəbhəsinə həm sursat, həm də siyasi dəstək baxımından dəstək verəcəklərini bildirib. İran rəsmisi diplomatiyanın hərbi nailiyyətləri qorumalı və möhkəmləndirməli olduğunu söyləyib.
Görüşdə çıxış edən HƏMAS rəsmisi Məhəmməd Dərviş isə İran və ABŞ arasında imzalanmış anlaşma memorandumunu "Müqavimət Cəbhəsi"nin qələbəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, sənədin hər bir bəndi İran üçün qələbə, ABŞ üçün isə məğlubiyyət hesab oluna bilər.
#Məhəmməd Baqir Qalibaf teqi istifadə olunub
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
- Tehran regionun gələcəyini nədə görür? | Qalibafdan açıqlamalar - Baku TV CANLI
- Tehran Vaşinqtona meydan oxudu
- Qalibaf Trampın siyasətinin bölgənin gələcəyini riskə atdığını bildirir - Baku TV
