Təl-Əviv cavab ətəşi ilə susduruldu | Aviazərbələrin nəticələri açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Qəzzanın şimalında yerləşən Beyt Lahiadakı yaşayış binalarına aviazərbələr endirib. Nəticədə, azı 20 nəfər ölüb, 24 nəfər yaralanıb. Xeyli sayda insan dağıntılar altında qalıb.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
İsrailin aviazərbələrinə husilərin cavabı ləngiməyib. Onlar həmin ərazidə yaşayan qardaş və bacılarının intiqamını almaq üçün Təl-Əvivi cavab atəşi ilə hədələyib.
Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İslam Respublikası husilərin İsraili təhdid etməsinə müsbət yanaşır.
“Husilərin fəaliyyətləri ilə bağlı İrana qarşı irəli sürülən bütün ittihamlar, iddialar əsassızdır və mahiyyət etibarilə diqqəti Qəzza və Fələstində davam edən soyqırımından yayındırmaq məqsədi daşıyır. Amma buna baxmayaraq, İran İsrail zülmünə qarşıdır və İsrailə verilə biləcək layiqli cavabı dəstəkləyir”, − İsmayıl Bəqai bildirib.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
