Təl-Əvivdə minlərlə insan ayağa qalxdı | İsraildə vəziyyət gərginləşir
Yeniliklərdən dərhal xəbərdar olun
İsraildə hökumət əleyhinə çıxan etirazçılar paytaxt Təl-Əvivdə aksiya keçiriblər.
Bu barədə yerli media məlumat yayıb.
Nəqliyyatın hərəkətinə mane olan etirazçılar HƏMAS tərəfindən girov götürülən insanların taleyi ilə bağlı bəyanat yayıblar.
Onlar Qəzzada saxlanılanların həyatlarına laqeyd yanaşıldığı təqdirdə hökumətə qarşı mübarizənin başladılacağı ilə bağlı təhdidlər səsləndiriblər.
Etirazçılar həmçinin Benyamin Netanyahunu nəinki girovların, həmçinin digər vətəndaşların da həyatlarına laqeyd yanaşmaqda və yürütdüyü siyasətlə ölkəni yoxuşa sürükləməkdə ittiham ediblər.
Bundan başqa, aksiyaçılar hökumətə təzyiq göstərmək üçün bütün İsraildə ümumi tətil elan edilməsini və iqtisadiyyatın dayandırılmasını tələb ediblər.
#İsrail teqi istifadə olunub
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
