Təl-Əvivə silah tədarükü qəsdən gecikdirilir? | Şoltsdan İsraillə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Almaniya tezliklə İsrailə silah tədarükünü artıracaq”.
Bu sözləri Almaniya kansleri Olaf Şolts çıxışı zamanı deyib.
O bildirib ki, tədarükün əhəmiyyətli dərəcədə azalması müxalifətin Berlinin bunu qəsdən gecikdirməsi ilə bağlı ittihamlarına səbəb olub.
“Biz silah tədarük etməmək barədə qərar qəbul etməmişik. Bundan sonra da İsraili hərbi baxımdan dəstəkləməyə davam edəcəyik”, – deyə o bildirib.
Bildirək ki, 2023-cü ildə Almaniya İsrailə 326,5 milyon avro dəyərində silah ixracına icazə verib. Bu da 2022-ci illə müqayisədə 10 dəfə çoxdur.
Qeyd edək ki, Almaniyanın mühafizəkar müxalifət lideri olan Merz hökuməti İsrailə silah və döyüş sursatı ixracını gecikdirməkdə günahlandırıb və bu yubanmaların bilərəkdən icra edildiyini idda edib.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
