Tokayevdən xəbərdarlıq: ”Lazım olsa, ordu ilə də cavab verərik”
Yeniliklərdən dərhal xəbərdar olun
“Qazaxıstan sülhsevər ölkədir və bütün münaqişələrin diplomatik yollarla həll edilməsinə çağırır. Amma zərurət yaranarsa, Qazaxıstan öz maraqlarını daha qətiyyətli mövqedən müdafiə etməyə hazırdır”.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
O bildirib ki, ölkə iki il ərzində müdafiə potensialını artırmalı, ordusunu gücləndirməli və Silahlı Qüvvələrdə islahatlar aparmalıdır:
“Biz əminik ki, bütün münaqişələr diplomatiya və danışıqlar yolu ilə həll olunmalıdır, amma zərurət yaranarsa, maraqlarımızı təkcə diplomatiya yolu ilə deyil, həm də daha qətiyyətli mövqelərlə müdafiə etməyə hazırıq. Biz inanırıq ki, beynəlxalq hüququn prinsiplərinə və normalarına ciddi şəkildə əməl olunmalıdır”.
Tokayev qeyd edib ki, Qazaxıstan müxtəlif çağırışların qarşısını almağa və istənilən təhdidləri dəf etməyə hazır olmalıdır:
“Buna görə də müdafiə potensialımızı artırmalı və ilk növbədə Silahlı Qüvvələrin texnoloji modernləşdirilməsini davam etdirməliyik. Bu, qeyri-sabit, mürəkkəb dövrün tələbidir. Bunu nəzərə alaraq, ilk növbədə Silahlı Qüvvələrimizdə və hərbiləşdirilmiş strukturlarımızda dərin islahatlar aparmaq vacibdir. Bu, iki il ərzində tez bir zamanda yerinə yetirilməli olan strateji cəhətdən vacib vəzifədir”.
#Qazaxıstan teqi istifadə olunub
- Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı
- Silah, narkotik və qadağan olunmuş kitablar: Şübhəlilərin evindən nə çıxdı? - Baku TV CANLI
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
