“Tokionun bu addımını düşmənçilik kimi qiymətləndiririk” | Zaxarova
Yeniliklərdən dərhal xəbərdar olun
“Yaponiya və Ukrayna arasındakı PUA sahəsindəki əməkdaşlığı düşmənçilik kimi qiymətləndiririk”.
Belə bir açıqlama ilə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova çıxış edib.
O vurğulayıb ki, Ukraynada yaradılacaq Yaponiya ilə birgə PUA istehsalı müəssisələri Rusiya Ordusunun qanuni hədəfi olacaq.
Qeyd edək ki, Yaponiya ilə Ukrayna arasında bu sahədə əməkdaşlıq sazişi imzalanıb.
Azov dənizində Ukrayna dronunun hücumuna məruz qalan yük gəmisində iki yanmış meyit aşkar edilib. Bununla da hadisə nəticəsində ölən dənizçilərin sayı üç nəfərə çatıb.
Bu arada, “Financial Times” maraqlı iddia ilə çıxış edib. Nəşrin yazdığına görə, Ukrayna pilotsuz uçuş aparatlarının Baltik dənizində yerləşən əsas neft terminallarına endirdiyi zərbələr nəticəsində müəssisəyə ciddi ziyan dəyib. Korporasiyanın işi müvəqqəti dayanadırılıb. Rusiyanın neft ixracı 40 faiz azalıb. Hesablamalara görə, ötən 7-8 gün ərzində ölkəyə təxminən 1 milyard dollar həcmində zərər dəyib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
