Tramp 9-cu müharibəni bitirməyə doğru irəlilədiyini deyib
ABŞ lideri Donald Tramp daha bir qlobal münaqişəni həll edə biləcəyinə əmin olduğunu deyib.
O bu barədə Ağ Evdə ABŞ Senatının üzvləri ilə görüşdə bildirib.
"İstəsəniz, inanın, 9-cu münaqişənin həlli göz qabağındadır", – deyən Tramp Ukraynada müharibənin sona çatmasının artıq göz qabağında olduğunu vurğulayıb.
Tramp izah edib ki, ikinci prezidentliyi dövründə o, artıq 8 beynəlxalq böhranı həll edib.
Bu arada, NATO-nun Baş katibi Mark Rütte oktyabrın 22-də elan olunmamış səfərlə Vaşinqtona gedəcək. İddia olunur ki, onun gəlişi Avropanın ABŞ liderinin son diplomatik manevrinə tez cavab vermək istəyi ilə bağlıdır.
Qərb mətbuatının yazdığına görə, söhbət onun Rusiya lideri Vladimir Putinlə Budapeştdə görüşməkdən imtina etməsindən gedir. Bundan əvvəl məlumat verilib ki, Putin və Tramp arasında görüşə hazırlıq Moskvanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı qəti mövqeyi və güzəştə getmək istəməməsi səbəbindən dayandırılıb.
Öz növbəsində, "Reuters" diplomatik mənbələrə istinadən yazıb ki, Ukraynada dərhal atəşkəs ideyasına qarşı çıxan Moskvanın mövqeyi Rusiya və ABŞ liderlərinin Macarıstandakı görüşünü təhlükə altında qoyub.
#Donald Tramp teqi istifadə olunub
- Tramp Putinlə Stiv Uitkoffun görüşünə münasibət bildirib
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- "Danışıqlar aparmaq güzəşt demək deyil" | Masa arxasında danışıq, səhnə arxasında mübarizə - Baku TV
- Fransa Prezidenti dezinformasiya təhlükəsindən danışdı
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
