Tramp administrasiyasında Ukraynanın maraqlarını müdafiə edən əsas şəxs vəzifədən gedir
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq 2026-cı ilin yanvarında vəzifəsini tərk edəcək.
Bu barədə “Reuters” dörd mənbəyə istinadən xəbər verib. Məlumata görə, o bunu artıq öz həmkarlarına bildirib.
Qeyd olunur ki, Kelloqun istefası Tramp administrasiyasında Ukraynanın maraqlarını müdafiə edən əsas fiqurlardan birinin itirilməsi demək olacaq.
Məqalə müəllifləri izah edirlər ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi vəzifəsi müvəqqətidir. Nəzəri olaraq, 360 günlük müddət bitdikdən sonra vəzifədə qalmaq üçün bu şəxslər ABŞ Senatı tərəfindən təsdiqlənməlidirlər.
Nəşrdə bildirilir ki, onun gedişi Kiyev üçün xoş olmayan xəbər olacaq.
Ehtiyatda olan general-leytenant Keyt Kelloq Ukrayna və Avropa tərəfindən, bəzən müharibənin səbəblərinə dair Moskvanın mövqeyinə meyillənən administrasiya daxilində “onların fikirlərini dinləyən adam” kimi qiymətləndirilirdi:
“Kelloq Ukraynanın mülki infrastrukturlarına qarşı Rusiya hücumlarını Tramp administrasiyasının digər rəsmilərindən daha qətiyyətli şəkildə pisləyirdi”.
#Kit Kelloq teqi istifadə olunub
- Avropa İttifaqı mümkün iki ssenarini açıqladı
- Zelenski ABŞ-yə səfərə hazırlaşır? - Trampın xüsusi nümayəndəsi Keyt Kelloqdan açıqlama
- NATO və Rusiya toqquşmaya yaxınlaşır? | Polşaya hücumun məqsədi nədir?
- Rusiya dronu Rumıniyada göründü | ”Ukrayna müharibədə uduzmayacaq”
- Zelenski Kelloqla görüş zamanı nələri müzakirə etdi? | Detallar açıqlandı
