Pleyeri seçin:

Tramp Baydenin “Kabil səhvi”ni Ukraynada təkrarlayır?

23 iyul 2025 502 baxış

Donald Trampın Ukrayna savaşı ilə bağlı yürütdüyü siyasət sələfi Cozef Baydenin Əfqanıstan müharibəsindəki mövqeyi ilə müqayisə olunur.

“Bloomberg”də yayılan yazıda qeyd olunub ki, ABŞ Ukraynaya qoşun yeritməsə də, Əfqanıstanda olduğu kimi münaqişənin həllinə çalışır. Moskva-Kiyev müharibəsinin nizamlanması isə asan olmadığı üçün böyük məsuliyyət yaradır. Amerikanı yenidən qüdrətli etmək istəyənlər Vaşinqtonun Ukraynadakı savaşa dərin müdaxiləsinə qarşıdır.

“Amma Ukraynaya yardım etmədən Rusiyanın güclənməsinə də şərait yaratmaq olmaz. Çünki belə olan halda Tramp zəif düşər və “Putini dayandırmaq üçün heç nə etmədin” ittihamları ilə üzləşər”, ‒ deyə məqalədə qeyd olunub.

“The Washington Post”un analitiki Mark Tissen yazıb ki, respublikaçılar üçün seçim vaxtıdır:

“Baydenə qarşı Kabil ittihamları kimi siz də Kiyevin süqutunda günahkar olmaq istəmirsinizsə, Ukraynaya hərbi yardım göndərin”.

2025-ci ilin fevralında amerikalı hüquqşünas Maykl Froman bildirib ki, hansısa müqaviləni imzalamağa tələsmək lazım deyil. Çünki bu, Trampın sülhməramlı siyasətini iflasa uğradacaq:

“Taliblərin Kabil küçələrində Amerikanın Hammerlərini sürməsi yaxşı görünmür. Elə isə rusların da Xarkovda “Abrams” tankları ilə hərəkət etdiyini təsəvvür edin”.

Yazıda qeyd olunub ki, Trampın bəzi tərəfdarları onu silah yardımlarından çəkindirməyə çalışır. Məsələn, Stiv Bennon düşünür ki, ABŞ Rusiyanın dərinliklərinə hücum etməyə imkan verən silahları Ukraynaya göndərsə, bu, Trampın savaşına çevriləcək.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 502 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 502 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 502 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 502 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 502 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 502 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 502 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 502 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 502 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 502 baxış
Seçilmişlər
icon