Tramp Baydenin "mənasız qərarlar"ını ləğv etdi | 100-ə yaxın yeni qərar
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp yanvarın 21-də baş tutan inaqurasiyasından qısa zaman sonra bir neçə yeni qərar qəbul edib. D.Tramp Ağ Evdə ilk günündə 100-ə yaxın yeni sərəncam imzalayıb.
Belə ki, Donald Trampın imzaladığı ilk maddə Cozef Bayden dövründəki 78 icra aktının, icra sərəncamlarının, prezident memorandumlarının və digərlərinin ləğv edilməsi ilə bağlı olub.
D.Tramp ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması haqqında da fərman imzalayıb. Amerika lideri prezidentliyi dövründə təxminən 350 milyon əhalisi olan ABŞ-nin ÜST-ə 500 milyon dollar, əhalisi 1,4 milyarddan çox olan Çinin isə təxminən 39 milyon dollar ödədiyinə dair məlumatlara istinad edib.
Bununla yanaşı, D.Tramp ölkəsinin Paris İqlim Sazişindən yenidən çıxması haqqında fərman imzalayıb. Respublikaçı qlobal istiləşmə konsepsiyasının elmi etibarlılığına dair şübhələrini dəfələrlə dilə gətirib.
O, 2017-ci ildə ABŞ-ni Paris İqlim Sazişindən çıxarıb. 2020-ci ilin noyabrına qədər ölkə razılaşmadan çıxma prosesini başa çatdırıb, lakin 2021-ci ilin yanvarında ABŞ Prezidenti vəzifəsinin icrasına başlayan Cozef Bayden Vaşinqtonun Paris Sazişinə qayıtması haqqında fərman imzalayıb.
ABŞ Prezidenti D.Tramp 2021-ci il yanvarın 6-da ABŞ Konqresindəki iğtişaşlarda iştirak etməkdə ittiham olunan şəxsləri də əfv edib. Ağ Evdə o, ümumilikdə 1500-ə yaxın müttəhimi əfv edib və altı nəfərin cəzasını yüngülləşdirib. Bununla da Prezident dörd il əvvəl seçki məğlubiyyəti ilə barışmayan tərəfdarlarını azad etmək vədini yerinə yetirib.
Qeyd edək ki, 2021-ci il 5-6 yanvar tarixlərində ABŞ Prezidenti Donald Trampın tərəfdarları 2020-ci il ABŞ prezident seçkilərinin nəticələrinə etiraz etmək və Cozef Baydenin qələbəsini ləğv etmək tələbini dəstəkləmək üçün Kapitoli binasına hücum ediblər.
ABŞ Prezidenti federal hökumətdə inklüzivliyi, bərabərliyi, gender və irqi müxtəlifliyi təşviq edən bütün proqramların ləğv edilməsini əmr edib. D.Tramp həm də ABŞ hökumətinin rəsmi siyasəti olaraq yalnız iki cinsin – qadın və kişinin tanınmasını təsdiqləyib. Yalnız bunlar şəxsiyyət vəsiqələrində və digər sənədlərdə göstərilə bilər.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
