Tramp Belarusa və onun qüdrətli liderinə təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Belarusla bağlı gözlənilməz açıqlama verib.
O, “Truth” sosial şəbəkəsində Aleksandr Lukaşenkoya təşəkkür edərək, onu “qüdrətli lider” adlandırıb və 1300 nəfərin tezliklə azadlığa buraxılacağına ümid etdiyini bildirib.
“Belarusa və onun qüdrətli liderinə təşəkkür edirəm. Ümid edirəm ki, 1300 nəfər də tezliklə azad olunacaq!”, – Tramp yazıb.
ABŞ lideri siyasi məhbusları nəzərdə tutub. Bu, beynəlxalq insan haqları təşkilatlarının daha əvvəl bildirdiyi rəqəmdir. Onlar əsasən 2020-ci il prezident seçkisindən və sonrakı kütləvi etirazların ardından məhkum olunmuş şəxslərdir.
Bu şəxslərin azadlığa buraxılması Avropa İttifaqının və ABŞ-nin əvvəlki administrasiyalarının rəsmi Minsklə istənilən dialoqa başlaması və sanksiyaların ləğvi üçün əsas tələbidir.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
