Tramp İranla 2 həftəlik atəşkəsi qəbul edib | Tehran nəyə razılıq verdi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayıb.
O bu barədə “Truth Social” hesabında paylaşım edib.
Onun sözlərinə görə, Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin feldmarşalı Asim Munirlə aparılan danışıqlardan sonra belə qərar qəbul edilib.
Tramp bildirib ki, tərəflər İran ərazisinə yönələn dağıdıcı qüvvənin qarşısının alınmasını xahiş edib.
Açıqlamada qeyd olunur ki, İran Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına razılıq verib. Bunun qarşılığında ABŞ tərəfi İranın bombardmanını və hücumlarını iki həftəlik müddətə dayandırmağa razılaşıb. Bu addımın ikitərəfli atəşkəs kimi qiymətləndirildiyi vurğulanıb.
Tramp bildirib ki, qərarın əsas səbəbi artıq hərbi məqsədlərə nail olunması və İranla uzunmüddətli sülh sazişi istiqamətində ciddi irəliləyişin əldə edilməsidir.
Onun sözlərinə görə, İran tərəfindən təqdim edilən 10 maddəlik təklif danışıqlar üçün real əsas yaradır.
ABŞ Prezidenti əlavə edib ki, əvvəlki mübahisəli məsələlərin böyük hissəsi artıq razılaşdırılıb və iki həftəlik fasilə yekun sazişin hazırlanması və həyata keçirilməsi üçün imkan yaradacaq.
Tramp Yaxın Şərqdə uzunmüddətli sabitliyə nail olunmasının vacibliyini vurğulayaraq, bu prosesdə iştirak etməyi “şərəf” adlandırıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
