Tramp planlarını açıqladı | Nüvə ölkələri ilə bağlı diqqətçəkən sözlər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp nüvə gücləri ilə yaxşı münasibətlərin saxlanmasının vacib olduğunu deyib.
O bu barədə "The Daily Caller" portalına müsahibəsində bildirib.
Trampdan xüsusən 600 min çinli tələbənin iki il müddətinə Amerika universitetlərində təhsil almasına icazə verməsinin ABŞ-yə fayda gətirməsi ilə bağlı olması, yoxsa bunun, onun Pekinlə danışıqlarda sadəcə taktika elementi olub-olmadığı soruşulub. ABŞ Prezidenti cavabında Çin Sədri Si Cinpinlə çox yaxşı münasibətə malik olduğunu vurğulayıb.
"Mən bir ölkə rəhbərliyinə tələbələrini qəbul etməyəcəyimizi söyləməyi olduqca təhqiramiz hesab edirəm", ‒ Tramp deyib.
O, Çindən gələn tələbələrdən imtinanın sistem üçün zərərli olacağı fikrini ifadə edib.
Ondan həmçinin çinli tələbələrin ABŞ-də təhsil almasına icazə verilməsi qərarına cavab olaraq Çindən hər hansı jest gözlədiyi soruşulub.
"Xeyr, əvəzində heç nə istəmirəm. Bizdə hər şey yaxşıdır, bizə milyardlarla dollar ödəyirlər", ‒ Tramp vurğulayıb.
"Düşünürəm ki, ölkələrlə yola getmək yaxşıdır, xüsusilə də nüvə gücləri ilə ölkələrlə anlaşmaq", ‒ Tramp deyib.
O bildirib ki, 2020-ci ildə ABŞ prezident seçkilərində Amerika administrasiyasının başında qalsaydı, Rusiya-Ukrayna münaqişəsinin qarşısını ala bilərdi.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
