Tramp-Putin razılaşmasına Zelenskidən reaksiya | Tarixə düşən danışıq necə yekunlaşdı?
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı 2 saat 28 dəqiqə davam edib”.
Bunu Rusiya Dövlət Dumasının deputatı Yevgeni Popov deyib.
“Rusiya Prezidenti Putinlə telefon danışığım çox yaxşı və məhsuldar oldu”.
Bunu isə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.
“Biz tam atəşkəsə nail olmaq və son nəticədə Rusiya ilə Ukrayna arasında bu dəhşətli müharibəyə son qoymaq üçün sürətlə çalışacağımızı anlayaraq, bütün enerji və infrastruktur məsələlərində dərhal atəşkəsə razılaşdıq. Mən prezident olsaydım, bu müharibə heç başlamazdı! Sülh müqaviləsinin bir çox elementləri, o cümlədən minlərlə əsgərin həlak olması müzakirə edildi və həm Prezident Putin, həm də Prezident Zelenski buna son qoymaq istəyir. Bu proses indi tam qüvvədədir və ümid edirəm, insanlıq naminə bu işi reallaşdıracağıq!”, − deyə D.Tramp bildirib.
Kreml Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla telefon danışığının yekunu ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, telefon danışığı zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbə endirməkdən qarşılıqlı imtina təklifi irəli sürüb. Vladimir Putin bu təşəbbüsü müsbət cavablandırıb və dərhal Rusiya hərbçilərinə müvafiq əmr verib.
ABŞ Prezidentinin 30 günlük atəşkəs rejiminin tətbiqi təşəbbüsü kontekstində Rusiya tərəfi bütün təmas xətti boyunca mümkün atəşkəsə effektiv nəzarətin təmin edilməsi, Ukraynada məcburi səfərbərliyin dayandırılması ilə bağlı mühüm məqamları qeyd edib. Ukraynanın Prezidenti Volodimir Zelenski də sözügedən telefon danışığına münasibət bildirib. Jurnalistlərlə söhbətində Zelenski qeyd edib ki, enerji infrastrukturına hücumların dayandırılması fikrini dəstəkləyir. Lakin o, Ukraynanın səfərbərliyi dayandırması məsələsini səmimi saymır. Çünki Putin irimiqyaslı hücuma hazırlaşır. Hədəf isə Zaporojye və Xarkovdur.
“Buna görə də silahlılarımız Kurşinadakı mövqelərində qalacaq. Bu, Kursk əməliyyatı Ukraynaya lazım olduğu müddətdə davam edəcək”, − deyə V.Zelenski bildirib.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
