Tramp Putini küncə sıxışdıracaq? - Zelenski hər şeyi bir-bir açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Hazırda Ukrayna ABŞ ilə müharibənin tam başa çatdırılması üçün danışıqlar aparır”.
Bu açıqlama ilə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.
“Onlar bu təşəbbüsü və liderliyi öz üzərlərinə götürüblər və açıq desək, onlara heç kim mane olmur. Təşəbbüs onlardan gəldi, onlar dedilər: “Biz tam, qeyd-şərtsiz atəşkəs barədə razılığa gələ bilərik”. Bu gün onlar bunu müəyyən addımlarla reallaşdırmağa çalışırlar. Əgər bu alınmasa, bizə güclü addımlar atacaqlarına söz veriblər. Bu addımlar nələr olacaq bilmirəm. Onlar bilirlər ki, bizim üçün sanksiyalar və Ukraynaya hərbi dəstək önəmlidir. Biz bu iki addımı gözləyirik”, – deyə V.Zelenski bildirib.
Prezident əlavə edib ki, atəşkəs halında Ukraynaya təhlükəsizlik zəmanətləri lazım olacaq:
“Lakin tərəfdaşlar bildirirlər ki, Ukraynada döyüş əməliyyatları gedən bir vaxtda bizə heç kim təhlükəsizlik zəmanəti verə bilməz”.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
