Tramp və Putin bu məsələdə razılığa gəlsə... | Liderlərin mümkün görüşü barədə sensasiya
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya və ABŞ Ukraynanın hərbi neytrallığı barədə razılığa gələ bilər”.
Bunu Slovakiyanın vitse-spikeri Tibor Qaspar “TASS”a müsahbəsində deyib.
O, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş dövlət başçısı Donald Tramp arasında əldə oluna biləcək razılaşmaları dəstəklədiyini bildirib:
“Baş nazirimiz Robert Fiko əminliklə bildirdi ki, biz Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcəyik. Biz həm Rusiya, həm də Avropa İttifaqı (Aİ) üçün təhlükəsizlik baxımından təminat nəzərdə tutan həllərin tərəfdarıyıq”.
Vitse-prezident həmçinin Şərqi Avropadakı müharibənin qızışdırıldığını və rəsmi Moskvanın Kiyevin bəzi təxribatçı addımlarına cavab verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Tramp yanvarın 10-da Putinlə mümkün görüşə hazırlıq barədə məlumat verib. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin heç bir ilkin şərt olmadan Trampla görüşməyə hazırdır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
