Tramp verdiyi sözü tuta biləcək? | Kit Kelloq vəziyyətə aydınlıq gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bu ilin sonuna qədər Ukraynada müharibəni dayandırmağa cəhd edə bilər.
Bu barədə ABŞ-nin gələcək prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq deyib.
“İndi bunun üçün mükəmməl vaxtdır. Mən, həqiqətən, inanıram ki, seçkiqabağı kampaniyası zamanı bu vədi vermiş prezident D.Tramp onu yerinə yetirəcək və bu, reallaşacaq. Düşünürəm ki, həmin hadisə bu il baş verəcək. Onun bunu etmək üçün lazımi qabiliyyət və imkanları var”, – deyə K.Kelloq “Fox Business” kanalında açıqlayıb.
Onun sözlərinə görə, Moskva və Kiyev sülh danışıqlarına hazırdır və D.Tramp danışıqların başlamasına kömək edə bilər, çünki onun bunu etmək üçün “təsəvvürü və enerjisi var”.
Qeyd edək ki, bundan əvvəl “Reuters” mənbələri K.Kelloqun Kiyevə səfər etməyi planlaşdırdığını xəbər edib. D.Trampın xüsusi nümayəndəsi həmçinin Avropa paytaxtlarında, xüsusən də Roma və Parisdə liderlərlə görüşlərə hazırlaşır.
Bundan başqa, K.Kelloqun Avropaya səfəri zamanı Moskvaya da baş çəkə biləcəyi barədə xəbərlər dolaşır. Lakin Kreml bu barədə məlumatının olmadığını və D.Tramp komandası ilə sözügedən məsələ ilə bağlı ilkin danışıqlar aparmadığını bildirib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
