Tramp Zelenskiyə son sözünü dedi | Ukrayna və Rusiyanı nələr gözləyir?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planı Kiyevə təqdim edilib.
Ağ Ev hələ də Kiyevdən cavab gözləyir.
ABŞ kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Trampın son təklifi adlandırılan sənəddə Vaşinqtonun Krımı Rusiya ərazisi kimi tanıması da öz əksini tapıb.
Ukrayna mənbələri isə Kiyevin sözügedən planı qərəzli hesab etdiyini açıqlayıb.
“Təklifdə Rusiyanın nə əldə edəcəyi aydın şəkildə göstərilsə də, Ukraynanın nə qazanacağı qeyri-müəyyəndir”, ‒ deyə məlumatda bildirilib.
Bəs Trampın təklifi Ukrayna üçün nə vəd edir?
İlkin olaraq, Avropa ölkələrindən, hətta Kiyevlə müttəfiq olan qeyri-Avropa dövlətlərindən ibarət xüsusi qrup “etibarlı təhlükəsizlik zəmanəti” yaradacaq. Sənədə görə, Zaporojye Atom Elektrik Stansiyası Ukrayna ərazisində olan obyekt sayılsa da, Vaşinqtonun nəzarətinə veriləcək.
Əlavə olaraq, Xarkov vilayətinin kiçik bir hissəsinin geri qaytarılması, Ukraynanın bəzi cənub bölgələrində cəbhə xətti boyunca axan Dnepr çayına maneəsiz çıxış, kompensasiya və bərpa işlərinə yardım kimi maddələr də qeyd olunub.
Rusiyaya gəlincə, ABŞ Rusiyanın Krıma nəzarətini “de-yure” tanıyacaq. Bundan əlavə, Kiyevin NATO-ya üzv olmayacağı razılaşdırılacaq. Lakin Ukraynanın Avropa İttifaqına daxil olması mümkün hesab olunur.
Son olaraq isə 2014-cü ildən tətbiq edilən sanksiyaların ləğvi və ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılması gözlənilir.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
