Trampdan Baydenin qərarı ilə bağlı sərt açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Saxtakar Co Bayden prezidentliyə namizəd olmaq üçün uyğun deyildi və heç vaxt da olmayıb”.
Bu sözləri Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp sahibi olduğu “Truth” sosial şəbəkəsində qeyd edib.
“O, Prezidentliyə yalanlarla, saxta xəbərlərlə və öz zirzəmisindən çıxmamaqla gəlib. Onun həkimi və mediası da daxil olmaqla ətrafındakıların hamısı bilirdi ki, o, prezident olmaq iqtidarında deyil. İndi görürsünüz, o, ölkəmizə nələr edib? Milyonlarla insan bizim sərhədimizdən yoxlanışsız keçib. Bir çoxu həbsxanalardan, psixi müəssisələrdən qaçan terrorçulardır. Onun prezidentliyinə görə çox əziyyət çəkəcəyik, amma vurduğu ziyanı qısa zamanda aradan qaldıracağıq. Amerikanı yenidən qüdrətli edin!”, – deyə D.Tramp bildirib.
#Co Bayden teqi istifadə olunub
- Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI
- Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib
- 907-ci düzəlişin qəbul edilməsində Co Baydenin rolu
- Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib | İlham Əliyev - Baku TV
- “Azərbaycana qarşı ədalətsiz düzəlişi qəbul etdilər” | Prezidentdən açıqlama - Baku TV
