Trampın bir hədəsi İraqı qarışdırdı | İranın dəstəklədiyi qruplar silahı atır?
Yeniliklərdən dərhal xəbərdar olun
İraqda İranın dəstəklədiyi bir neçə güclü silahlı qrup ilk dəfə olaraq silahlarını yerə qoymağa hazırdırlar.
Bu məlumatı 10 yüksək səviyyəli komandir və İraq rəsmisi “Reuters”ə bildirib.
Qərarın əsas səbəbi isə ABŞ ilə gərginliyin yeni silahlı toqquşmaya çevrilməsinin qarşısını almaq məqsədi daşıyır.
ABŞ-nin Yaxın Şərqdə, xüsusilə İraq ərazisində artan hərbi mövcudluğu və İranın nüfuz dairəsinə qarşı sərgilədiyi sərt siyasət fonunda bu qərar strateji dəyişiklik kimi qiymətləndirilir.
Ağ Ev rəsmilərinin Bağdada xəbərdarlığında qeyd edilib ki, əgər İraq öz ərazisində fəaliyyət göstərən silahlıları dağıtmaq üçün hərəkətə keçməsə, bu qruplar ABŞ hava hücumları hədəfinə düşəcək. Tərki-silah olmağa hazırlaşan qruplar arasında İran tərəfindən uzun illərdir maliyyələşdirilən və təlimatlandırılan bir neçə tanınmış hərbi struktur da var.
Mənbələr qeyd edir ki, bu qruplar əsas şərt olaraq ABŞ-nin bölgədəki hücum siyasətindən imtina etməsini və diplomatik kanalların açıq saxlanılmasını tələb edirlər.
Qeyd edək ki, Tramp administrasiyası hakimiyyətə qayıtdıqdan sonra İranla bağlı sərt ritorikasını davam etdirir və Tehranla onun bölgədəki təsir agentlərinə qarşı yeni sanksiyalar, hərbi təhdidlər gündəmdə saxlanılır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
