Trampın bu sözləri İsveçrəni “susdurdu” | Gündəmi silkələyən zəngin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçrə Prezidenti, Federal Maliyyə Departamentinin rəhbəri Karin Keller-Satter və ABŞ Prezidenti Donald Tramp arasında söhbət dəhşətli olub.
Bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr yazır ki, İsveçrə ABŞ-yə 150 milyard dollar sərmayə qoymaq niyyəti müqabilində Vaşinqtonun 10 faizlik tarifinə razılıq verməyə hazır olub. Keller-Satter iyul ayında bu barədə Trampdan razılıq aldığını iddia etmişdi. Amma problemlərin əsl miqyası iyulun 31-də bəlli olub.
Məsələ ilə tanış olan rəsmilərin sözlərinə görə, həmin gün axşam saatlarında Keller-Satter Donald Trampla fəlakətli telefon danışığı aparıb. Amerika lideri yalnız bir şeydən – İsveçrə ilə illik 39 milyard dollarlıq ticarət kəsirindən danışıb.
Qəzetin həmsöhbətlərindən biri deyib: “Söhbət yaxşı olmadı, Tramp elə ilk dəqiqədən açıq şəkildə bildirdi ki, 10 faiz kifayət deyil. O, yalnız İsveçrənin ABŞ-dən pul oğurlamasına fokuslanmışdı. Keller-Satterin deyəcək heç bir sözü yox idi”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
