Pleyeri seçin:

Trampın cəhdləri nəticəsini verdi | Putin və Zelenski ortaq məxrəcə gəldi?

12 may 2025 481 baxış

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək səyləri kulminasiya nöqtəsinə çatır. Dünən Ukrayna Prezidenti Volodimir Zelenski açıq şəkildə rusiyalı həmkarı Vladimir Putinə İstanbulda görüşmək təklifi ilə müraciət edib.

Bu barədə “Bloomberg” yazır.

Gərgin diplomatik həftəsonundan sonra V.Zelenski mayın 15-də İstanbula səfər edəcəyini və V.Putinin təşəbbüsü ilə Ukrayna-Rusiya arasında birbaşa danışıqların keçirilə biləcəyini təsdiqləyib.

Bununla belə, nəşr bildirir ki, sülh təşəbbüsü hələ də təhlükə altındadır, tərəflər arasında çoxsaylı həll olunmamış problemlər və inamsızlıq var. V.Zelenski və Avropa liderləri Rusiyadan bu gündən etibarən 30 günlük atəşkəsə başlamağı tələb edirlər, əks halda Moskvanı yeni sərt sanksiyalarla hədələyirlər.

Onların sözlərinə görə, ABŞ bu addımları dəstəkləyəcək, baxmayaraq ki, Donald Tramp indiyədək ictimai bəyanatlarında daha ehtiyatlı davranıb. V.Putin bu çağırışlara hələ cavab verməsə də, İstanbul görüşünə razılıq verdiyini bəyan edib.

Nəşr qeyd edir ki, D.Tramp ötən həftə diplomatiya üçün yeni təkan verib və liderləri atəşkəs barədə razılığa gəlməyə çağırıb. Dünən o, yenidən V.Zelenskiyə və V.Putinə müraciət edib.

“İndi görüşək”, – D.Tramp “Truth” sosial şəbəkəsində yazıb.

Böyük Britaniya da Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır, xarici işlər naziri Devid Lemmi bunu bu gün Avropa ölkələrinin təhlükəsizlik nazirlərinin Londonda ilk dəfə keçiriləcək iclasında elan etməlidir.

Bütün bunlara və V.Putinin İstanbul görüşünə razılıq verməsinə baxmayaraq, “Bloomberg” Moskvanın manevr etdiyini iddia edir.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 481 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 481 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 481 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 481 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 481 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 481 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 481 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 481 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 481 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 481 baxış
Seçilmişlər
icon