Trampın gizli istəyi ortaya çıxdı | Bu ölkələr Ərdoğandan nə xahiş edir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Region ölkələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan amerikalı həmkarı Donald Trampa təsir imkanlarından istifadə etməsini istəyirlər”.
“Türkiyə” qəzeti xəbər verir ki, bunu xarici işlər naziri Hakan Fidan deyib.
“Bölgə ölkələrindən prezidentimizin Trampa təsir imkanlarından istifadə etməsinə yönəlik çoxlu müraciətlər alırıq. Bizə söyləyirlər ki, Trampın dinləyəcəyi yeganə müsəlman ölkəsi sizsiniz, bu baxımdan ona öz fikirlərinizi bildirin”, ‒ türkiyəli nazir vurğulayıb.
Nəşr həmçinin yazır ki, ABŞ Prezidenti Donald Trampın son telefon danışığında Ərdoğandan xüsusi istəyi olub:
“Əldə etiyimiz məlumata görə, Tramp bazar ertəsi telefonla danışdığı Ərdoğandan Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı gözləntilərini çatdırıb. Tramp Ərdoğana Rusiya ilə Ukrayna arasındakı müharibəni bitirmək üçün birlikdə işləməyi təklif edib”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
