Pleyeri seçin:

Trampın prezident seçilməsinin əsas səbəbi | Yenidən olsa nələr dəyişəcək?

09 fevral 2024 380 baxış

“Donald Trampın reytinqi yüksəkdir. Amerikalı ekspertlərin fikrincə, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp olacaq. Bu baş verərsə, ABŞ-nin tarixində ilklərlə yadda qalacaq.

Birincisi, ABŞ-də prezidentlər adətən konqresmenlər və ştatların qubernatorları olur. İş adamı olan D.Tramp nə konqresmen, nə də qubernator olub. Buna baxmayaraq, o, populyarlığı hesabına 2016-cı ildə ölkəsinin prezidenti seçildi”.

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Donald Tramp yenə prezident seçilərsə, bu, ABŞ tarixində başqa bir ilk olacaq:

“ABŞ-də prezident seçkisində məğlub olan şəxs adətən sonradan prezidentliyə namizəd olmur. D.Tramp isə ötən seçkidə məğlubiyyətinə rəğmən, yenidən Ağ Evə qayıtmaq istəyir və onun yüksək reytinqi buna şərait yaradır.

D.Tramp yenə eyni vədlər verir, “mühacirləri ölkələrinə göndərəcəyəm”, “sərhədləri gəlmələr üçün qapadacağam”, “Ukraynaya hərbi və maliyyə dəstəyini dayandırıb Rusiya-Ukrayna müharibəsinə son qoyacağam”.

“The Washington Post” qəzetinin yazdığına görə, D.Tramp prezident seçildiyi halda Çinə qarşı ticarət müharibəsinə də başlayacaq. Məqalədə D.Trampın Çinə qarşı yeni planının olduğu yazılıb. Bu, qlobal ticarət müharibəsinə səbəb ola bilər.

D.Tramp öz müşavirləri ilə Çin məhsullarına 60 faizlik gömrük rüsumunun tətbiqini müzakirə edib. Bundan başqa, D.Tramp Çinlə ticarət əlaqələrinin statusunu azaltmağa çalışacaq.

D.Tramp prezident seçilərsə, vədlərini yerinə yetirəcəkmi? D.Tramp bu mənada digərlərindən fərqlidir. O, ötən dəfə də prezident seçilən kimi ilk gündən vədlərini yerinə yetirməyə başladı. Ona görə də D.Trampın Çinlə bağlı söylədikləri sadəcə vəd deyil, onun Ağ Evə sahib olacağı halda Vaşinqtonun Pekinlə münasibətlərinin gərginləşəcəyini ehtimal etmək olar.

2023-cü ilin noyabr ayı üçün Çin ABŞ-nin xarici ticarətində Meksika və Kanadadan sonra üçüncü sırada qərar tutub. D.Tramp prezident seçiləcəyi halda Çin ABŞ-nin xarici ticarətində yerini başqasına təhvil verəcək”.

Banner
Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR

Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR

Dünya
03 noyabr 2026 380 baxış
Sosial tələblər, yoxsa kənar təsir? | Avropanı bürüyən etirazlar dərinləşir - Baku TV

Sosial tələblər, yoxsa kənar təsir? | Avropanı bürüyən etirazlar dərinləşir - Baku TV

Dünya
03 noyabr 2026 380 baxış
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 380 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 380 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 380 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 380 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 380 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 380 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 380 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 380 baxış
Seçilmişlər
icon