Trampın təklifi Avropa və Yaxın Şərqi çalxaladı | Onlar hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 15-də Türkiyənin İstanbul şəhərində Ukrayna ilə Rusiya arasında planlaşdırılan danışıqlara ABŞ Prezidenti Donald Trampın da qoşulmaq təklifi Avropadan tutmuş Yaxın Şərqə qədər müxtəlif ölkələr arasında diplomatik təmaslara səbəb olub.
“Reuters”in məlumatına görə, mayın 11-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə birbaşa danışıqların keçirilməsini təklif edib.
Ukrayna lideri Volodimir Zelenski isə danışıqlarda V.Putinin də iştirak etməli olduğunu bildirib.
Mayın 12-də isə ABŞ Prezidenti Donald Tramp da İstanbul danışıqlarına qoşulmaq istədiyini açıqlayıb.
D.Trampın bu təklifindən sonra ABŞ Dövlət katibi Marko Rubio avropalı həmkarları ilə Ukraynada atəşkəs barədə danışıqlar aparıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə türkiyəli həmkarı Hakan Fidanla danışıb.
Qeyd edək ki, V.Zelenski mayın 15-də İstanbulda V.Putini gözləyəcəyini bildirib. Onun başqa Rusiya rəsmisi ilə görüşməyəcəyi qeyd olunub.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
