Trampın təklifini qəbul edin... | İsrail müdafiə nazirindən sərt xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin müdafiə naziri İsrael Kats fələstinliləri girovların azad olunmayacağı və HƏMAS-ın anklavdan qovulmayacağı təqdirdə Qəzza zolağını tamamilə dağıdacağı ilə hədələyib.
O bu barədə qurumun mətbuat xidmətinin yaydığı videomüraciətdə bildirib.
“Bütün israilli girovlar azad olunmasa və HƏMAS Qəzzadan çıxarılmasa, İsrail indiyə qədər görmədiyiniz qüvvələrdən istifadə edəcək. ABŞ Prezidenti Donald Trampın təklifini qəbul edin, girovları geri qaytarın və HƏMAS-ı qovun. İstəyənlər üçün dünyanın başqa yerlərində məskunlaşma da daxil olmaqla qarşınızda digər imkanlar yaranacaq. Bunun alternativi tamamilə dağıtmaq və məhv etməkdir”, – deyə İ.Kats söyləyib.
Bundan əlavə, müdafiə naziri Qəzza zolağında hərbi əməliyyatların aparıldığı bölgələrdən əhalinin təxliyəsinə tezliklə başlanılacağını açıqlayıb.
“İsrailin HƏMAS terrorçularına qarşı hava zərbələri yalnız ilk addım idi. Davamı daha ağır olacaq və əvəzini tam ödəyəcəksiniz”, – deyə İ.Kats xəbərdarlıq edib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
