Pleyeri seçin:

Trampın təzyiqləri fonunda Zelenskini səbirli olmağa çağırdılar

10 dekabr 2025 345 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampın sülh planı çərçivəsində ərazi və digər güzəştlərə razı olması üçün ABŞ-nin artan təzyiqi ilə üzləşib.

Belə bir başlıqlı reportaj Amerikanın “Axios” xəbər portalında yayımlanıb.

Vurğulanıb ki, həftələrlə davam edən gərgin diplomatik danışıqlardan sonra ukraynalılar hələ də ABŞ planının bəzi aspektlərinin Moskvanın xeyrinə olduğunu və ABŞ-nin Zelenskiyə Rusiya Prezidenti Vladimir Putindən daha çox təzyiq göstərdiyini düşünürlər. Lakin bunu təkzib edən ABŞ rəsmisi Vaşinqtonun Putinə də tələblərini yumşaltmaq üçün təzyiq göstərdiyini vurğulayıb.

Kiyevdə isə bu qənaətdədirlər ki, Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner dekabrın 6-da Kremldə Putinlə görüşündən sonra ABŞ-nin Ukraynaya təklifləri xeyli sərtləşib. Uitkoff və Kuşner Volodimir Zelenski ilə sülh planını müzakirə edərkən Donbası təhvil verməsini istəyiblər. Ukrayna isə öz növbəsində ABŞ-dən etibarlı təhlükəsizlik zəmanətləri istəyir.

Ukrayna və ABŞ rəsmilərinin sözlərinə görə, bəzi irəliləyişlərə baxmayaraq, ərazi məsələsi və ya təhlükəsizlik zəmanətləri ilə bağlı heç bir irəliləyiş əldə edilməyib.

Amerikalı ekspert bildirib ki, Zelenskinin nümayəndələri Trampın planını bəyəniblər, amma Zelenskidən bir reaksiya yoxdur.

“ABŞ gözləyirdi ki, Zelenski elə telefon danışığında şərtlərlə dərhal razılaşsın”, – deyə ukraynalı məmur bildirib.

Volodimir Zelenski dekabrın 8-də ABŞ planı ilə bağlı ortaq mövqe hazırlamaq üçün Londonda Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə görüşüb. Fransa Prezidenti Emmanuel Makron qeyd edib ki, Kiyevin danışıqlarda üstünlükləri çoxdur. Almaniya kansleri Fridrix Merts isə Vaşinqtonun təklifinin bir neçə elementinə şübhə ilə yanaşıb.

Avropa liderləri hesab edirlər ki, Ukrayna müttəfiqlərinin kollektiv maraqlarını nəzərə almadan Moskvaya güzəştə getməməlidir.

Tramp administrasiyası Zelenskiyə tez hərəkət etməsi üçün təzyiq göstərsə də, avropalılar ona ehtiyatlı və səbirli olmağı məsləhət görürlər.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 345 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 345 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 345 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 345 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 345 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 345 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 345 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 345 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 345 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 345 baxış
Seçilmişlər
icon