Türkiyə kəşfiyyatından İran casuslarına qarşı əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İranın casus şəbəkəsini zərərsizləşdirib. Həbs edilənlər arasında azərbaycanlılar da var.
Türkiyə mediası yazır ki, İranın pilotsuz uçuş aparatlarının gizli hazırlanması layihəsində Azərbaycan əsilli Seymur Rzayev, Türkiyədən yük daşıyan “Buta Logistics” şirkətinin sahibi Hikmət Əliyev, mədən ticarəti ilə məşğul olan Zeynəddin Çalışkan, İran əsilli türk vətəndaşı, “Yaşar” kodu ilə ticarət edən Mehmet Çelik və İlyas Yıldırımın iştirak etdiyi müəyyən edilib.
Seymur Rzayev və Hikmət Əliyev gizli məlumatları İran kəşfiyyatına ötürəcəklərmiş.
İŞİD üzvü olan kuryer 8,5 milyon avroya İrana satmaq üçün nəzərdə tutulan rəqəmsal məlumatları özü ilə İstanbula gətirib. Prosesi Türkiyənin Milli Kəşfiyyat Təşkilatı texniki vasitələrlə izləyib. Nəticədə o, İstanbul Beynəlxal Hava Limanında həyata keçirilən xüsusi əməliyyatla saxlanılıb.
#Türkiyə teqi istifadə olunub
- SOCAR-ın Türkiyədəki yeni kompleksi ildə 850 min ton polietilen istehsal edəcək - Baku TV
- Rusiya və Ukrayna razılığa gəldi? | 12 noyabr - Konstitusiya Günüdür - YENİ BİR SƏHƏR
- Prezident İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib - Baku TV
- Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfəri noyabrın 11-də başa çatıb - Baku TV
- Prezident və birinci xanım COP31-in Liderlər Sammitində iştirak etdilər - Baku TV
